Tramp respublikaçıların bütün ştatlardakı ilkin seçkilərini qazanıb - YENİLƏNİB-2

Tramp respublikaçıların bütün ştatlardakı ilkin seçkilərini qazanıb - YENİLƏNİB-2 ABŞ-ın hazırkı Prezidenti Donald Tramp “super çərşənbə axşamı”nda Respublikaçılar Partiyası tərəfindən keçirilən ilkin seçkilərin hamısında qalib olub.
Digər ölkələr
4 Mart , 2020 11:03
Tramp respublikaçıların bütün ştatlardakı ilkin seçkilərini qazanıb - YENİLƏNİB-2
0 : 00
0 : 00

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp “super çərşənbə axşamı”nda Respublikaçılar Partiyası tərəfindən keçirilən ilkin seçkilərin hamısında qalib olub.

“Report” TASS-a istinadən xəbər verir ki, D.Tramp 13 ştatda pryamarizi qazanıb.

“Associated Press” agentliyinin məlumatına görə, D.Tramp Alabama, Arkanzas, Vermont, Massaçusets, Oklahoma, Kaliforniya, Kolorado, Şimali Karolina, Tennessi, Texas və Yuta ştatlarında rəqiblərini qabaqlayıb. Men və Minnesota ştatlarında isə Trampın rəqibi olmayıb, ona görə də o, nümayəndələrin 100% səsini toplayıb.


***09:50

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi 9 ştatda keçirilən ilkin seçkilərin (praymeriz) qalibi olub.

“Report” TASS-a istinadən xəbər verir ki, D.Trampın ilkin seçkiləri qazandığı ştatlar Alabama, Arkanzas, Vermont, Kolorado, Massaçusets, Oklahoma, Şimali Karolina, Tennessi və Texasdır.

Bundan sonra D.Tramp “Twitter”də təşəkkür sözləri yazıb.

O, həmçinin rəqibi Maykl Blumberqə də post həsr edərək onu bu çərşənbə axşamının ən böyük uğursuzu adlandırıb.

“Onun “siyasi” məsləhətçiləri onu batırdı. Təxminən, 700 milyon ABŞ dolları yer üzündən silindi. Məhz buna görə, o, “Mini Mayk” təxəllüsü aldı və nüfuzunu tamamilə məhv etdi”, - D.Tramp yazıb.


***05:57

ABŞ prezidentliyinə namizəd Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi yeddi ştatda qələbə qazanıb.

“Report” xəbər verir ki, Massaçusets, Tennesi, Oklohama və Alabama ştatlarında keçirilən partiyadaxili praymerizdə Tramp lider olub.

"Associated Press" bildirib ki, Tramp həmçinin Şimali Karolina, Vermont və Arkanzas praymerizinin də qalibidir.

Amerika lideri özünün "Twitter" hesabından ştatların sakinlərinə təşəkkür edib.

Qeyd edək ki, D. Trampın cəmi iki rəqibi var - Massaçusets ştatın keçmiş qubernatoru Bill Veld və iş adamı Rokki de la Fuente. 

Respublikaçılar Partiyası isə Trampın ikinci müddətə namizədliyini dəstəkləyirlər. 

Son xəbərlər

Orphus sistemi