Tramp Venesuelaya qarşı hərbi müdaxiləni istisna etməyib

Tramp Venesuelaya qarşı hərbi müdaxiləni istisna etməyib "Bizdə Venesuelaya münasibətdə çoxlu variantlar var, o cümlədən hərbi", - deyə dövlət başçısı bildirib
Digər ölkələr
12 Avqust , 2017 02:41
Tramp Venesuelaya qarşı hərbi müdaxiləni istisna etməyib
Foto: AP

Bakı. 12 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton Venesuelaya münasibətdə hərbi təsir variantını istisna etmir.

"Report" bildirir ki, bu barədə "CNN" məlumat yayıb. 

"Biz Venesuelaya münasibətdə bir çox variantları nəzərdən keçirmişik. Mən hərbi variantı da istisna etmirəm" – deyə o bildirib. 

Tramp əlavə edib ki, ABŞ-ın qoşunları bütün dünyada və çox-çox uzaqdadır.

"Venesuela uzaqda deyil. Və insanlar (orada) əziyyət çəkir. Və ölür. Bizdə Venesuelaya münasibətdə çoxlu variantlar var, o cümlədən hərbi", - deyə dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi