Tramp Vaşinqtonda etirazçıları dinc hərəkət etməyə çağırdı

Tramp Vaşinqtonda etirazçıları dinc hərəkət etməyə çağırdı ABŞ prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edərək, onları dinc hərəkət etməyə çağırıb.
Digər ölkələr
6 Yanvar , 2021 23:56
Tramp Vaşinqtonda etirazçıları dinc hərəkət etməyə çağırdı
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edərək, onları dinc hərəkət etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

"Xahiş edirəm, paytaxt polisimizi və asayiş keşikçilərimizi dəstəkləyin. Onlar həqiqətən də bizim ölkəmizin tərəfindədir. Dinc qalın!" - o tvitterdə yazıb.

Daha əvvəl mitinqdəki minlərlə tərəfdarı qarşısında çıxış edən Tramp onları Konqresə getməyə çağırıb. Etirazçılar binaya soxulublar. Parlamentin prezident seçkilərinin nəticələrini təsdiq etməli olan hər iki palatasının işi dayandırılıb.

Son xəbərlər

Orphus sistemi