Tramp ümumi karantinin tətbiqi imkanından danışdı

Tramp ümumi karantinin tətbiqi imkanından danışdı ABŞ prezidenti Donald Tramp bildirib ki, milli miqyasda karantin variantı müzakirə edilir.
Digər ölkələr
17 Mart , 2020 22:09
Tramp ümumi karantinin tətbiqi imkanından danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, milli miqyasda karantin variantı müzakirə edilir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Ümummilli karantin elan etmək olar, amma ümid edirəm, bu lazım olmayacaq. Biz hər şey haqqında düşünürük. Bu çox ciddi addımdır. Bu hansısa bir mənada işləyən təşəbbüs olardı. Biz bu barədə danışırıq, amma bunu etməyə qərar vermədik. Lakin mən sadəcə düşünmürəm ki, buna müraciət edəcəyik”, - ABŞ prezidenti jurnalistlərə deyib.

Daha əvvəl San-Fransisko hakimiyyəti Kaliforniyada və ətraf San-Xose, Berkli, Oklend şəhərlərində təxminən 7 milyon insana aid olan karantin tədbirlərini elan edib. Onlara məhsullar, dərmanlar almaq və ya "ekstremal ehtiyac"lar istisna olmaqla, küçəyə çıxmaq qadağandır.

Son xəbərlər

Orphus sistemi