Tramp tarifləri 2035-ci ilə qədər ABŞ-nin büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq

Digər ölkələr
  • 04 iyun, 2025
  • 22:28
Tramp tarifləri 2035-ci ilə qədər ABŞ-nin büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq

Tramp administrasiyasının tarifləri növbəti onillikdə büdcə kəsirini 2,8 trilyon dollar azaldacaq, lakin bu, həm də ölkə iqtisadiyyatının yavaşlamasına səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Bürosunun qiymətləndirməsində deyilir.

Vurğulanıb ki, tariflərin artırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının yavaşlamasına gətirib çıxaracaq:

“ABŞ iqtisadiyyatının ölçüsündə dəyişiklikləri nəzərə alaraq, tariflər ümumi federal büdcə kəsirinin 2,8 trilyon dollar azalmasına səbəb olacaq”.

Konqresin Büdcə Ofisi həmçinin 2025-2026-cı illərdə inflyasiyanın hər il 0,4 faiz bəndi artacağını və bunun da ev təsərrüfatlarının və bizneslərin alıcılıq qabiliyyətinin azalmasına səbəb olacağını proqnozlaşdırıb.

44 filmi