Tramp: "Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın çox sayda hərbi variantı var"

Tramp: "Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın çox sayda hərbi variantı var" "Hərbi planda bir çox variantımız var və biz tezliklə sizə məlumat verəcəyik"
Digər ölkələr
10 Aprel , 2018 03:36
Tramp: Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın çox sayda hərbi variantı var

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Suriyanın Duma şəhərinə kimyəvi hücumla əlaqədar hərbi əməliyyatlar üçün bir çox variantının olduğunu və bununla əlaqədar tezliklə qərar qəbul ediləcəyini deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, Amerika lideri bu bəyanatla bazar ertəsi günü ölkənin hərbi komandirləri ilə görüşdə çıxış edib.

"Hərbi planda bir çox variantımız var və biz tezliklə sizə məlumat verəcəyik", - deyə o bildirib. Bundan əlavə, ABŞ indi Dumada iddia olunan kimyəvi hücumun arxasında kimin olduğunu müəyyən etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi