Tramp Suriyada mülki əhali üçün təhlükəsiz zonalar planının hazırlanmasını tapşırıb

Tramp Suriyada mülki əhali üçün təhlükəsiz zonalar planının hazırlanmasını tapşırıb Bu barədə "Reuters" məlumat yayıb
Digər ölkələr
26 Yanvar , 2017 00:46
Tramp Suriyada mülki əhali üçün təhlükəsiz zonalar planının hazırlanmasını tapşırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Dövlət departamentinə və Pentaqona Suriyada mülki əhali üçün təhlükəsiz zonaların yaradılmasının planını hazırlamağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə sərəncamın layihəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni plan Suriya və regiondakı digər ölkələrin mülki sakinləri üçün nəzərdə tutulub. 

Agentliyin məlumatına görə, ABŞ prezidenti planı hazırlamaq üçün dövlət katibinə və müdafiə nazirinə 90 gün möhlət verib. 

Son xəbərlər

Orphus sistemi