Tramp son dəfə nə zaman üzr istədiyini xatırlaya bilməyib

Tramp son dəfə nə zaman üzr istədiyini xatırlaya bilməyib O, daim təkrar etmək və "retweet" funksiyasından istifadə etmək zərurətini ən böyük şəxsi problemi hesab edir
Digər ölkələr
30 Mart , 2016 11:24
Tramp son dəfə nə zaman üzr istədiyini xatırlaya bilməyib

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədlərindən olan Donald Tramp üzr istəməyi xoşlamadığını etiraf edib. O, heç son dəfə nə zaman üzr istədiyini də xatırlaya bilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, D.Tramp bu barədə Milaoki şəhərində (Viskonsin ştatı) CNN telekanalının tamaşaçıları ilə görüşü zamanı bildirib.

CNN telekanalının aparıcısının sualını cavablandırarkən Respublikaçılar Partiyasının namizədlərindən biri olan milyarder etiraf edib: "Gənclik illərində belə bir şey baş verib. Söyüş söydüyüm üçün anamdan üzr istəmişdim. Hə, bir də cari seçkiqabağı kampaniya dövründə həyat yoldaşım Melaniyadan prezidentə yaraşmayan davranışım üçün üzr istəmişəm".

Aqressiv davranış və emosional xarakteriylə tanınan D.Tramp daim təkrar etmək və "retweet" funksiyasından istifadə etmək zərurətini ən böyük şəxsi problemi hesab etdiyini də açıqlayıb.

Son xəbərlər

Orphus sistemi