Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb Bu barədə Ağ ev məlumat yayıb
Digər ölkələr
22 İyun , 2018 19:54
Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Bakı. 22 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq edilən sanksiyanı daha bir il müddətinə uzadıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ ev məlumat yayıb. 

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə verilmiş bir sıra fərmanla tətbiq edilib. 

Onlar KXDR-in nüvə və raket proqramına, o cümlədən çirkli pulların yuyulması, kiber-hücumlar, insan hüquqlarının pozulmasına qarşı yönəlib. 

Son xəbərlər

Orphus sistemi