Tramp: "Şimali Koreya Sinqapur sammitinin ləğvi barədə heç bir məlumat verməyib"

Tramp: "Şimali Koreya Sinqapur sammitinin ləğvi barədə heç bir məlumat verməyib" Bakı. 16 may. REPORT.AZ/ ABŞ iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli ikitərəfli sammitin ləğvinə dair Şimali Koreyadan məlumat almayıb.
Digər ölkələr
16 May , 2018 21:14
Tramp: Şimali Koreya Sinqapur sammitinin ləğvi barədə heç bir məlumat verməyib

Bakı. 16 may. REPORT.AZ/ "ABŞ iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli ikitərəfli sammitin ləğvinə dair Şimali Koreyadan məlumat almayıb".  

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

"Bizi məlumatlandırmayıblar. Biz heç bir məlumat almamışıq. Görək, nə olacaq", - Tramp jurnalistlərə açıqlamasında deyib. 

Bir qədər öncə Ağ Evin mətbuat katibi Sara Sanders "Fox News" telekanalına müsahibəsində deyib ki, KİV-lərin məlumatına baxmayaraq, ABŞ ümid edir ki, Donald Trampla Kim Çen Inın görüşü baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi