ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Çin sədri Si Szinpini Ağ evdə qəbul edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, Amerika lideri bu bəyanatla Ağ evin Cənub çəmənliyində çıxış edib.
Tramp çıxışı zamanı Ağ evin 1799-cu ildə inşa edildiyini bildirib:
"Bu çoxdan olub. İndi sədr Si Çindən bura gəldiyi zaman, mən ona 1799-cu il barədə danışacağam və o, düşünəcək ki, bu, müasir evdir, onların mədəniyyəti çox qədimdir - 5 min ilə gedib çıxır".
O, daha sonra Ağ evin bir çox xarici liderlərin qəbulunu davam etdirdiyini xatırladıb:
"Tezliklə Si (Çin sədri) bizdə qonaq olacaq", - deyə Tramp bildirib.