Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər

Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya- Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib.
Digər ölkələr
7 Yanvar , 2025 23:01
Tramp: Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib.

Tramp Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni təqsirləndirib: "Müharibənin təqsirkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib".

Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi