Tramp qudası barədə əfv qərarı imzalayıb
Digər ölkələr
- 24 dekabr, 2020
- 07:03
ABŞ Prezidenti Donald Tramp adları Rusiya ilə bağlı istintaq işində hallanan 25 nəfəri, o cümlədən kürəkənin atası barədə xüsusi əfv qərarı imzalayıb.
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Ağ ev yazılı açıqlama yayıb.
Bildirlib ki, dekabrın 23-də Donald Tramp 20 nəfər barəsində əfv qərarı imzalamışdı. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunan Corc Papadopulos və Aleks van der Zvaanın da adları bu siyahıdadır.
Dekabrın 24-də isə 2016-cı ilin prezident seçkilərində D.Trampın seçki kampaniyasına müşavirlik edən Pol Manafort və Rocer Stoun da daxil olmaqla 26 nəfər əfv olunub.
Kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşner də əfv edilənlər arasındadır.
Son xəbərlər
08:50
Foto
"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb
Hadisə08:40
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Hadisə08:31
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Energetika08:20
Bakıda 19 istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:09
Çində tekstil fabrikində yanğın nəticəsində 8 nəfər ölüb
Digər ölkələr07:38
Video
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
Hadisə07:18
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
Digər ölkələr06:49
Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Digər ölkələr06:11