Tramp Putini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib

Tramp Putini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib Bakı. 7 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Rusiyanın yeni seçilmiş dövlət başçısı Vladimir Putini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
Digər ölkələr
7 May , 2018 23:06
Tramp Putini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib
Reuters

Bakı. 7 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Rusiyanın yeni seçilmiş dövlət başçısı Vladimir Putini prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ənənəvi brifinqdə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşması zamanı tezliklə gələcək.

"Prezident onu (Putini inauqurasiya münasibətilə) təbrik edir və bizim də ümid etdiyimiz kimi Rusiya ilə münasibətləri qaydaya sala biləcəyimiz vaxtı səbirsizliklə gözləyir", - deyə Ağ Evin mətbuat katibi bildirib.

Son xəbərlər

Orphus sistemi