ABŞ prezidenti Donald Tramp ötən ilin payızında Con Boltonun sələfi Herbert Makmasterə zəng edir və ondan zəruri məsələlərlə bağlı məsləhət alırdı.
"Report" xəbər verir ki, bu barədə şəxsi mənbələrə istinadən
Qeyd edilir ki, Tramp ilk zəngi bir il əvvəl edib. O, milli təhlükəsizlik məsələsi üzrə müşavir postunda Makmasterin çalışmasının zəruri olduğunu etiraf edib.
Prezident müxtəlif məsələlər, həmçinin ABŞ-ın müdafiə naziri vəzifəsinə ən layiqli namizəd haqqında məsləhətlər alıb.
Dünən Con Boltonun ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən istefası məlum olub.