Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib

Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib ABŞ prezidenti: "İslamabadın siyasəti təhlükə təhdid edir"
Digər ölkələr
22 Avqust , 2017 07:32
Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib
AFP

Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham edib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

"Pakistan tez-tez xaos, zorakılıq və terror agentlərinin sığınacağına çevrilir", - deyə ABŞ lideri bildirib.

Bununla yanaşı Tramp vurğulayıb ki, İslamabadın siyasəti təhlükə təhdid edir. Çünki Pakistan və Hindistan nüvə silahına malik olan dövlətlərdir. Onların gərgin münasibətləri münaqişə dərəcəsinə qədər təhdid edir.

Ağ Ev rəhbəri qeyd edib ki, Pakistan keçmişdə ABŞ-ın dəyərli müttəfiqlərindən olub. Hər iki ölkənin hərbi qulluqçuları ümumi düşmənə qarşı mübarizə aparıblar. 

Son xəbərlər

Orphus sistemi