Tramp Nyu-York terrorçusunu edam etməyi tələb edib

Tramp Nyu-York terrorçusunu edam etməyi tələb edib ABŞ lideri: "Onun barəsində ölüm cəzası çıxarılmalıdır"
Digər ölkələr
2 Noyabr , 2017 08:28
Tramp Nyu-York terrorçusunu edam etməyi tələb edib

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktında ittiham edilən şəxs ölüm cəzasına layiqdir.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"ində yazıb.

"Nyu-York terrorçusu özünün xəstəxanadakı palatasından İŞİD bayrağını asmasını xahiş etdikdə sevinirdi. O, 8 nəfəri öldürüb, 12 nəfəri ağır yaralayıb. Onun barəsində ölüm cəzası çıxarılmalıdır", - deyə ABŞ lideri yazıb.

Qeyd edək ki, hadisə çərşənbə axşamı, gündüz saatlarında baş verib. Nyu-Yorkda yük avtomobili Manhettenin cənub-qərbində velosiped yoluna çıxıb. Sürücü qarşısına çıxan velosipedçiləri vuraraq, bir neçə küçədən keçib. Hadisə zamanı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Hakimiyyət orqanları hadisənin terror aktı olduğunu bildirirlər. Müttəhimi ölüm cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi