Tramp NYT-nin respublikaçıların ona loyallığı barədə məqaləsini tərifləyib

Tramp NYT-nin respublikaçıların ona loyallığı barədə məqaləsini tərifləyib Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Twitterdə The New York Times qəzetində Respublikaçılar Partiyasının ona qarşı loyallığı barədə məqaləsini şərh edib.
Digər ölkələr
9 Sentyabr , 2018 06:28
Tramp NYT-nin respublikaçıların ona loyallığı barədə məqaləsini tərifləyib

Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Twitter"də "The New York Times" qəzetində Respublikaçılar Partiyasının ona qarşı loyallığı barədə məqaləsini şərh edib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri məqalədəki fikirlərlə razılaşdığını bildirib.

Onun sözlərinə görə, müəlliflərin yazıda onun "ən populyar" respublikaçı olması barədə gəldikləri nəticələr doğrudur.

Məqalə müəllifləri iddia edir ki, prezidentin ətrafında qalmaqalların sayı çox olsa da, Respublikaçılar Partiyası Trampa qarşı loyaldır.

Son xəbərlər

Orphus sistemi