Tramp Netanyahunu ABŞ-a dəvət edib

Tramp Netanyahunu ABŞ-a dəvət edib Görüşün dəqiq tarixi yaxın vaxtlarda məlum olacaq
Digər ölkələr
23 Yanvar , 2017 02:02
Tramp Netanyahunu ABŞ-a dəvət edib

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu fevralda Vaşinqtona dəvət edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Məlumatda bildirilir ki, görüşün dəqiq tarixi yaxın vaxtlarda məlum olacaq. İki ölkə rəsmisi arasında ilk telefon danışığı Trampın inauqurasiyasından sonra baş tutub.

Bundan əvvəl isə İsrailin Fələstinlə ikitərəfli danışıqlara razılıq verdiyi məlum olub. Qeyd edək ki, Tramp hələ prezident səlahiyyətlərinin icrasına başlamazdan əvvəl BMT-nin İsraillə bağlı son qətnaməsini kəskin tənqid edib. 

Son xəbərlər

Orphus sistemi