Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini istefaya göndərib

Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini istefaya göndərib Onu səfir Con Bolton əvəz edəcək
Digər ölkələr
23 Mart , 2018 03:24
Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisini istefaya göndərib

Bakı. 23 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp cümə axşamı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Qerbert Makmasteri istefaya göndərib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı prezident "Twitter" səhifəsində yazıb.

Bu vəzifəyə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton təyin olunub.

“9 aprel 2018-ci ildən etibarən səfir Con Boltonun mənim milli təhlükəsizlik məsələləri üzrə köməkçim olacağını bildirməyə məmnunam”, - deyə Tramp qeyd edib.

Son xəbərlər

Orphus sistemi