Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Meksika ilə sərhədində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Digər ölkələr
53459
15 Fevral , 2019 22:34
Donald Tramp ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edib

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Meksika ilə sərhədində fövqəladə vəziyyət rejimi tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə onun mətbuat katibi Sara Sanders "Twitter"də bildirib.

Sanders Trampın Oval kabinetdə masa arxasındakı fotosunu yayıb.

"Prezident cənub sərhədində böhranla mübarizə üçün milli fövqəladə rejim haqqında bəyannaməni imzalayır", - deyə Sanders yazıb.

Daha əvvəl Ağ Evin Aparat rəhbəri əvəzi Mik Malveyni bildirib ki, Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq etməklə divar inşası üçün vəsait əldə edə biləcək.

Son xəbərlər

Orphus sistemi