Ağ Ev: Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq etməklə divar inşası üçün vəsait əldə edə biləcək

Ağ Ev: Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq etməklə divar inşası üçün vəsait əldə edə biləcək Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət tətbiq edilsə, Prezident Donald Tramp çoxdandır israr etdiyi divarı inşa etmək üçün 8 milyard dollar vəsaiti əldə edə biləcək.
Digər ölkələr
15 Fevral , 2019 21:16
Ağ Ev: Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət tətbiq etməklə divar inşası üçün vəsait əldə edə biləcək

Bakı. 15 fevral. REPORT.AZ/ "ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət tətbiq edilsə, Prezident Donald Tramp çoxdandır israr etdiyi divarı inşa etmək üçün 8 milyard dollar vəsaiti əldə edə biləcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ağ Evin Aparat rəhbəri əvəzi Mik Malveyni bildirib.

"Prezident cənub sərhədini gücləndirmək üçün istifadə edilə biləcək təqribən 8 milyard dollara çıxış əldə edəcək... Bunun divar inşası üçün kifayət edəcək vəsait olduğunu düşünürük”, - deyə Ağ Ev rəsmisi brifinq zamanı qeyd edib.

Son xəbərlər

Orphus sistemi