Donald Tramp maliyyə nazirini FED rəhbərinə təzyiq göstərməyə təkid edir

Donald Tramp maliyyə nazirini FED rəhbərinə təzyiq göstərməyə təkid edir ABŞ Prezidenti Donald Tramp ölkənin Maliyyə naziri Stiven Mnuçini iqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə əlavə tədbirlər görmək üçün Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellə təzyiq göstərməyə çağırıb.
Digər ölkələr
12 Mart , 2020 10:24
Donald Tramp maliyyə nazirini FED rəhbərinə təzyiq göstərməyə təkid edir

ABŞ Prezidenti Donald Tramp ölkənin Maliyyə naziri Stiven Mnuçini iqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə əlavə tədbirlər görmək üçün Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellə təzyiq göstərməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ lideri bununla “artan qəzəbini” nümayiş etdirir, onun ofisi isə koronavirus infeksiyasının yayılmasının iqtisadi nəticələrini minimuma endirmək üçün əlindən gələni edir.

Qeyd olunur ki, D.Tramp martın 9-da keçirilən qapalı iclas zamanı FED rəhbərinə təsir göstərməklə bağlı çağırış edib. Ağ Evin rəhbəri bildirib ki, C.Pauell bu vəzifəyə təyin edilməməli idi və o, millətə və onun prezidentliyinə xələl gətirir.

Xatırladaq ki, dünən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi