Tramp: "Las-Veqasda hadisəni törədən şəxs ilə baglı yeni məlumatlar üzə çıxıb"

Tramp: "Las-Veqasda hadisəni törədən şəxs ilə baglı yeni məlumatlar üzə çıxıb" ABŞ prezidenti Las-Veqasa yola düşüb
Digər ölkələr
4 Oktyabr , 2017 19:24
Tramp: Las-Veqasda hadisəni törədən şəxs ilə baglı yeni məlumatlar üzə çıxıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ "ABŞ hüquq-mühafizə orqanları Las-Veqasda hadisəni törədən şəxs, 64 yaşlı Stiven Paddok ilə baglı yeni məlumatlar əldə ediblər". 

"Report"un TASS-a istinad verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Las-Veqasa yola düşərkən deyib.

"Onlar Stiven Paddok barədə daha çox məlumat toplayıblar. Bu məlumatlar öz vaxtında ictimaiyyətə açıqlanacaq", - Tramp bildirib.

D.Trampı bu səfərdə ABŞ-ın birinci xanımı Melaniya Tramp müşayət edir.

ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, səfər zamanı o, insanları xilas edən polis əməkdaşları ilə görüşəcək. 

Məlumat üçün bildirək ki, oktyabrın 1-də Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində 59 nəfər ölüb, 527 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs polis gələnə qədər özünü öldürüb.

Son xəbərlər

Orphus sistemi