Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib

Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib Ağ Ev rəhbəri: "Onlar çox davam gətirməyəcək"
Digər ölkələr
24 Sentyabr , 2017 07:57

Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assambleyasındakı çıxışını şərh edib.

"Report" "RT"yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb.

"KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assambleyasındakı çıxışını yenicə eşitdim. Əgər o kiçik "raket-adam"ın (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red) fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək", - deyə o yazıb.

Daha əvvəl KXDR-in XİN rəhbəri Li Yon Ho Trampı ağlı başında olmayan psixi xəstə adlandırıb.

Sentyabrın 23-də Pentaqon ABŞ-ın hərbi təyyarələrinin KXDR sahillərində uçuşunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi