Tramp kütləvi qırğın silahının mühafizəsi üzrə milli strategiyanı təsdiqləyib

Tramp kütləvi qırğın silahının mühafizəsi üzrə milli strategiyanı təsdiqləyib Bakı. 11 dekabr. REPORT.AZ/ Amerika prezidenti Donald Tramp kütləvi qırğın silahının terrorçu təşkilatların əlinə keçməsi təhlükəsinə qarşı mübarizə üzrə milli strategiyanı təsdiq edib.
Digər ölkələr
11 Dekabr , 2018 03:51
Tramp kütləvi qırğın silahının mühafizəsi üzrə milli strategiyanı təsdiqləyib

Bakı. 11 dekabr. REPORT.AZ/ Amerika prezidenti Donald Tramp kütləvi qırğın silahının terrorçu təşkilatların əlinə keçməsi təhlükəsinə qarşı mübarizə üzrə milli strategiyanı təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin açıqlamasında bildirilir.

Onun sözlərinə görə, Tramp İŞİD və digər terror təşkilatların gələcəkdə kütləvi qırğın silahlarından ABŞ-a qarşı istifadə etmək cəhdlərinin qarşısının alınması üçün qəti addım atıb.

Bildirilir ki, strategiya üç əsas bənddən ibarətdir. Sənəd ABŞ-ın bu silahın yaraqlılara çıxışının bağlanması üzrə qlobal səylərə rəhbərlik edəcək.

Amerika tərəfi həmçinin silahlılara və onların vasitəçilərinə zərbə endirməklə bu növ silahı almağa və istifadə etməyə can atan terrorçulara təzyiq göstərəcək. Bundan başqa, ABŞ hakimiyyəti ölkədə və xaricdə kütləvi qırğın silahlarının təhlükələrdən müdafiəsini də möhkəmləndirəcək. 

Son xəbərlər

Orphus sistemi