Dövlət Departamenti: “ABŞ və Rusiya nüvə silahını ixtisar edir”

Dövlət Departamenti: “ABŞ və Rusiya nüvə silahını ixtisar edir” Bakı. 18 iyul. REPORT.AZ/ “ABŞ və Rusiya Strateji Hücum Silahlarının daha da ixtisarı və məhdudlaşdırılması üzrə Müqavilədəki öhdəliklərini yerinə yetirir”.
Region
18 İyul , 2018 10:37
Dövlət Departamenti: “ABŞ və Rusiya nüvə silahını ixtisar edir”
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ “ABŞ və Rusiya Strateji Hücum Silahlarının daha da ixtisarı və məhdudlaşdırılması üzrə Müqavilədəki öhdəliklərini yerinə yetirir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət Depratamenti bildirib.

Dövlət Departamenti iki ölkənin öz nüvə arsenalını 2011-ci il fevralın 5-də qüvvəyə minən sazişə uyğun olaraq, ixtisarı haqqında arayışı açıqlayıb.

Sənəddə qeyd edilib ki, Rusiyanın 527 qitələrarası ballistik raketi, ağır bombardrmançısı və 1444 nüvə başlığı var. ABŞ isə 652 nüvə silahı daşıyıcısı və 1350 nüvə başlığına malikdir.

2010-cu il aprelin 8-də ABŞ və Rusiya arasında imzalanan Strateji Hücum Silahlarının daha da ixtisarı və məhdudlaşdırılması üzrə Müqaviləyə əsasən, 2018-ci ilin fevralında hər iki tərəf nüvə başlıqlarını 1550-dək ixtisar etməli idi.

Müqaviləyə görə tərəflər ildə iki dəfə bir-biri ilə nüvə başlıqları və daşıyıclıları barədə informasiya mübadiləsini öhdəlik olaraq üzərilərinə götürüblər.

Bu müqavilə 2021-ci il fevralın 5-dək qüvvədə qalacaq. Tərəflərin razılığı ilə müqavilənin müddəti 2026-cı ilədək uzadıla bilər.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə iyulun 16-da Helinskidə görüşdən sonra verdiyi müsahibədə nüvə silahlarının ixtisarı və kütləvi qırğın silahının yayılmamasına dair məsələni müzakirə etməyə başlayıblar. Vlaidmir Putin isə bildirib ki, Rusiya müqavilənin müddətinin uzatmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi