Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib

Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib.
Digər ölkələr
791
1 İyun , 2020 07:16
Tramp kütləvi etirazlar zamanı bunkerdə gizlənib
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib.

“Report”un məlumatına görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, qərar şənbə gecəsi etirazların ən qızğın vaxtı verilib. Buna ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları təkid edib.

CNN-in məlumatına görə, Tramp sığınacaqda bir saatdan az vaxt keçirib. Ailə üzvlərinin də orada olub-olmaması hələlik məlum deyil.

Nəşr qeyd edir ki, bəzi işçilərə iğtişaşların yenidən başlanması təhlükəsi səbəbindən Ağ Evə işə gəlməmələrinə icazə verilib.

Son xəbərlər

Orphus sistemi