Tramp Kolumbiya narkomafiyasına qarşı sanksiyaların müddətini artırıb

Tramp Kolumbiya narkomafiyasına qarşı sanksiyaların müddətini artırıb Kolumbiyada iri narkotik ticarətçilərinin hərəkətləri ABŞ-a təhlükə törədir,
Digər ölkələr
17 Oktyabr , 2017 04:38
Tramp Kolumbiya narkomafiyasına qarşı sanksiyaların müddətini artırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kolumbiya narkomafiyasına qarşı sanksiyaların müddətini artırıb.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

"Kolumbiyada toplaşmış iri narkotik ticarətçilərinin hərəkətləri əvvəlki kimi ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətə və iqtisadiyyatına qeyri-adi və fövqəladə təhlükə törədir, Birləşmiş Ştatlarda və xaricdə zorakılığın, korrupsiyanın və zərərin ekstremal səviyyəsinə səbəb olur", - deyə Tramp bildirib.

Qeyd edilir ki, sanksiyalar Amerikanın nəzarəti altında olan ərazilərdə şəxslərin və təşkilatların aktivlərinin dondurulmasını nəzərdə tutur, həmçinin ABŞ-ın təşkilatlarına həmin şəxslərlə işgüzar əlaqələrə qadağa qoyur.

Xatırladaq ki, qadağalar hələ 1995-ci ildə qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi