Tramp Kim Çen Inla tezliklə görüşəcəklərini bildirib

Tramp Kim Çen Inla tezliklə görüşəcəklərini bildirib ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kimi Çen Ina nüvəsizləşdirmə üzrə razılığa tezliklə nail olmağa çağırıb
Digər ölkələr
17 Noyabr , 2019 19:51
Tramp Kim Çen Inla tezliklə görüşəcəklərini bildirib

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kimi Çen Ina nüvəsizləşdirmə üzrə razılığa tezliklə nail olmağa çağırıb

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

ABŞ lideri söz verib ki, onlar tezliklə görüşəcəklər.

"Cənab sədr, siz saziş bağlamaq üçün cəld hərəkət etməlisiniz. Tezliklə görüşəcəyik!" - deyə o özününü sosial şəbəkədəki səhifəsində yazıb.

Tramp həmçinin Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Teleqraf Agentliyinin bu yaxınlarda onun rəqibi, demokrat Co Baydeni "quduz it" adlandırmasını da şərh edib.

"Co Bayden yuxulu və çox başa düşən ola bilər, amma o, quduz it deyil. O, bundan daha yaxşıdır, ancaq yalnız mən sizi hara lazımdırsa, ora apara biləcək tək insanam", - ABŞ prezidenti yazıb.

Daha əvvəl Şimali Koreyanın Xarci İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qil bildirib ki, ABŞ-ın Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndəsi Stiven Biqan dekabrda ABŞ-KXDR danışıqlarını aparmağı təklif edib. 

Son xəbərlər

Orphus sistemi