Tramp Kim Çen Inla görüşə hazır olduğunu bildirib

Tramp Kim Çen Inla görüşə hazır olduğunu bildirib ABŞ prezidenti: "Əgər bu, münasib şəraitdə olsaydı, mən tam hazır olardım"
Digər ölkələr
1 May , 2017 21:20
Tramp Kim Çen Inla görüşə hazır olduğunu bildirib
Courtesy İmage

Bakı. 1 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp münasib şəraitdə KXDR lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" xəbər verib.

"Əgər bu, münasib şəraitdə olsaydı, mən tam hazır olardım, mən bunu şərəf sayardım. Təkrar edirəm, əgər bu, münasib şəraitdə olacaqsa. Amma mən bunu edərdim"- deyə o bildirib.

Tramp həmçinin qeyd edib ki, bir çox siyasətçilər heç vaxt belə şey deməyiblər. Ağ Ev rəhbəri əlavə edib ki, onda Kim Çen Indan "qaynar xəbərlər" var.

Son xəbərlər

Orphus sistemi