Tramp-Kim Çen In görüşünə hazırlıq görən KXDR nümayəndələri Sinqapuru tərk ediblər

Tramp-Kim Çen In görüşünə hazırlıq görən KXDR nümayəndələri Sinqapuru tərk ediblər Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında keçiriləcək sammitə hazırlıq işləri görən KXDR nümayəndələri Sinqapuru tərk ediblər.
Digər ölkələr
6 İyun , 2018 06:58
Tramp-Kim Çen In görüşünə hazırlıq görən KXDR nümayəndələri Sinqapuru tərk ediblər

Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında keçiriləcək sammitə hazırlıq işləri görən KXDR nümayəndələri Sinqapuru tərk ediblər.

“Report” "Kiodo" nəşrinə istinadən xəbər verir ki, qrup Pxenyana uçmaq üçün Pekin beynəlxalq hava limanına gəlib.

Agentliyin məlumatına görə, qarşıdakı görüşün bütün əməli aspektləri bütövlükdə həll olunub.

Tramp və Kim Çen In arasında görüşün iyunun 12-də Sentos adasında yerləşən "Kapella" otelində keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi