Tramp iyunun 12-də Sinqapurda Kim Çen Inla görüşə biləcəyini bildirib

Tramp iyunun 12-də Sinqapurda Kim Çen Inla görüşə biləcəyini bildirib Bakı. 26 may. REPORT.AZ/ Vaşinqton və Pxenyan ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inın görüşü ilə bağlı məhsuldar danışıqlar aparır, onun keçirilmə yeri və zamanı əvvəlki kimi qala bilər.
Digər ölkələr
772
26 May , 2018 04:58
Tramp iyunun 12-də Sinqapurda Kim Çen Inla görüşə biləcəyini bildirib

Bakı. 26 may. REPORT.AZ/ Vaşinqton və Pxenyan ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inın görüşü ilə bağlı məhsuldar danışıqlar aparır, onun keçirilmə yeri və zamanı əvvəlki kimi qala bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq məlumatı Vaşinqton Administrasiyasının rəhbəri cümə günü öz "Twitter" hesabına yerləşdirib.

"Biz hər halda sammiti keçirmək üçün Şimali Koreya ilə olduqca məhsuldar danışıqlar aparırıq. Əgər bu olacaqsa da, çox güman Sinqapurda, həmin gündə – 12 iyun tarixində olacaq", - deyə Tramp yazıb.

Prezident qeyd edib ki, zərurət yaranarsa, onun Şimali Koreya lideri ilə görüşü təyin olunan tarixdən sonra da keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi