Tramp: İsrail məhv ediləcək

Tramp: İsrail məhv ediləcək “Amerika Birləşmiş Ştatlarının Demokratik Partiyası İsrailə nifrət edir”
Digər ölkələr
19 Mart , 2024 06:18
Tramp: İsrail məhv ediləcək
Donald Tramp

“Amerika Birləşmiş Ştatlarının Demokrat Partiyası İsrailə nifrət edir”

“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

“Mən həqiqətən onların İsrailə nifrət etdiyini düşünürəm. Demokrat Partiyası İsrailə nifrət edir. Demokratlara səs verən hər bir yəhudi (ABŞ-da) onların dininə nifrət edir. Onlar İsraillə bağlı hər şeyə nifrət edirlər və onlar özlərindən utanmalıdırlar, çünki İsrail məhv ediləcək”, - eks-prezident əlavə edib.

Qeyd edək ki, bundan əvvəl NBC televiziyası mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında döyüşlərin taktikasını dəyişməyə razı sala bilməyib, onun hərəkətlərindən narazılığını bildirib.

Son xəbərlər

Orphus sistemi