Tramp impiçment prosesində əsas müdafiəçisinin adını açıqlayıb

Tramp impiçment prosesində əsas müdafiəçisinin adını açıqlayıb ABŞ prezidenti Donald Tramp bildirib ki, Senatda impiçment üzrə prosesdə onun əsas nümayəndəsi vəkil Pet Çipollone olacaq.
Digər ölkələr
20 Dekabr , 2019 03:09
Tramp impiçment prosesində əsas müdafiəçisinin adını açıqlayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Senatda impiçment üzrə prosesdə onun əsas nümayəndəsi vəkil Pet Çipollone olacaq.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Göründüyü kimi, bəli...", - deyə o, bununla bağlı suala cavabında bildirib. ABŞ prezidenti əlavə edib ki, onunla daha "başqa cüt" hüquqşünaslar da dövlət başçısını müdafiə edəcəklər.

Məhz Çipollone daha əvvəl Trampın impiçment üzrə dinləmələrdə iştirakdan imtina ilə məktubunu Nümayəndələr Palatası komitəsinin məhkəmə məsələləri üzrə başçısı Cerrold Nadlerə göndərib.

Tramp ABŞ tarixində impiçmentin elan olunduğu üçüncü prezidentdir. Lakin onun sələfləri – Endryu ConsonBill Klintonla bağlı proses onu göstərir ki, iş dövlət başçısının Senat tərəfindən hakimiyyətdən kənar edilməsinə gedib çatmayacaq.

Son xəbərlər

Orphus sistemi