Tramp İranın nüvə proqramı ilə bağlı sazişin qiymətləndirilməsi haqqında təlimat verib

Tramp İranın nüvə proqramı ilə bağlı sazişin qiymətləndirilməsi haqqında təlimat verib ABŞ prezidenti bu işi Ağ ev yanında Milli Təhlükəsizlik Şurasına həvalə edib
Digər ölkələr
19 Aprel , 2017 09:58
Tramp İranın nüvə proqramı ilə bağlı sazişin qiymətləndirilməsi haqqında təlimat verib
Reuters.com

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ağ ev yanında Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı sazişi qiymətləndirməyi tapşırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb. 

Bəyanatda bildirilib ki, Milli Təhlükəsizlik Şurası hərtərəfli birgə fəaliyyət planını yenidən qiymətləndirəcək və onun ABŞ-ın həyati vacib milli təhlükəsizlik maraqlarına nə dərəcədə uyğun olub-olmamasını nəzərdən keçirəcək.

Qeyd edək ki, fevral ayında İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bu cür bəyanatlara baxmayaraq, nüvə proqramı ilə bağlı razılaşmanın qüvvədə qalacağını bildirib.

Son xəbərlər

Orphus sistemi