Tramp İranı Səudiyyə Ərəbistanına raket atmaqda ittiham edib

Tramp İranı Səudiyyə Ərəbistanına raket atmaqda ittiham edib "Fikrimcə İran Səudiyyə Ərəbistanına hücum edib"
Digər ölkələr
5 Noyabr , 2017 09:49
Tramp İranı Səudiyyə Ərəbistanına raket atmaqda ittiham edib

Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib.

“Report” xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub", — deyə Tramp əlavə edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyadın şimal-şərqində ballistik raketi vurub.

Son xəbərlər

Orphus sistemi