Tramp Honkonqda demokratiya və insan hüquqları haqqında qanunu imzalayıb

Tramp Honkonqda demokratiya və insan hüquqları haqqında qanunu imzalayıb ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüquqları haqqında qanunu imzalayıb.
Digər ölkələr
28 Noyabr , 2019 03:30
Tramp Honkonqda demokratiya və  insan hüquqları haqqında qanunu imzalayıb

ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüquqları haqqında qanunu imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Daha əvvəl ABŞ Konqresinin hər iki palatasının bəyəndiyi qanunverici təşəbbüs Amerika administrasiyasından Çin Xalq Respublikasının bu xüsusi inzibati ərazisində vəziyyət haqqında qanunvericilər qarşısında daim hesabat verməyi tələb edir və Honkonqda insan hüquqları ilə bağlı məsuliyyət daşıyan bəzi şəxslər barəsində sanksiyaların tətbiqi imkanını nəzərdə tutur.

Çin hakimiyyəti bundan əvvəl ABŞ-a qanun layihəsinin qəbulu ilə bağlı qəti etirazını ifadə edib.

Son xəbərlər

Orphus sistemi