Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır

Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası hökumətin işini uzun müddət qismən dayandırmağa hazırdır. Bu, Senatın gələcək maliyyələşdirmə haqqında qətnaməni qəbul etməyəcəyi təqdirdə, artıq 22 dekabr tarixindən başlaya bilər.
Digər ölkələr
1992
22 Dekabr , 2018 04:56
Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır
Win McNamee—Getty Images

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası hökumətin işini uzun müddət qismən dayandırmağa hazırdır. Bu, Senatın gələcək maliyyələşdirmə haqqında qətnaməni qəbul etməyəcəyi təqdirdə, artıq 22 dekabr tarixindən başlaya bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp cümə günü Ağ evdə jurnalistlərə deyib.

"[Hökumətin işinin] dayandırılıb-dayandırılmayacağı Demokratlar Partiyasından asılıdır", - deyə o bildirib.

"Ola bilsin ki, dayandırılsın. Mən deyərdim ki, dayandırılma şansı çox böyükdür", - deyə Ağ ev rəhbəri əlavə edib.

"Biz hökumətin işinin uzun müddət dayandırılmasına tam hazırıq", - deyə Tramp bildirib.

Daha əvvəl ABŞ-da Ağ ev və bir sıra federal qurumlar işin qismən dayandırılması üçün hazırlıqlara başlayıb.

Son xəbərlər

Orphus sistemi