Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası hökumətin işini uzun müddət qismən dayandırmağa hazırdır. Bu, Senatın gələcək maliyyələşdirmə haqqında qətnaməni qəbul etməyəcəyi təqdirdə, artıq 22 dekabr tarixindən başlaya bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp cümə günü Ağ evdə jurnalistlərə deyib.
"[Hökumətin işinin] dayandırılıb-dayandırılmayacağı Demokratlar Partiyasından asılıdır", - deyə o bildirib.
"Ola bilsin ki, dayandırılsın. Mən deyərdim ki, dayandırılma şansı çox böyükdür", - deyə Ağ ev rəhbəri əlavə edib.
"Biz hökumətin işinin uzun müddət dayandırılmasına tam hazırıq", - deyə Tramp bildirib.
Daha əvvəl ABŞ-da Ağ ev və bir sıra federal qurumlar işin qismən dayandırılması üçün hazırlıqlara başlayıb.