Tramp "Hizbullah" tərəfdarlarına qarşı sanksiyalar haqqında qanun imzalayıb

Tramp "Hizbullah" tərəfdarlarına qarşı sanksiyalar haqqında qanun imzalayıb Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Livanın Hizbullah hərəkatına dəstək verən şəxslərə qarşı sanksiyaların tətbiqini tələb edən qanun imzalayıb.
Digər ölkələr
26 Oktyabr , 2018 05:57
Tramp Hizbullah tərəfdarlarına qarşı sanksiyalar haqqında qanun imzalayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Livanın "Hizbullah" hərəkatına dəstək verən şəxslərə qarşı sanksiyaların tətbiqini tələb edən qanun imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Bu gün prezident tərəfindən imzalanmış qanun "Hizbullah"ın beynəlxalq maliyyə sistemindən maliyyələşdirilməsini daha çox təcrid edəcək və onu azaldacaq", - deyə bəyanatda qeyd edilib.

Bildirilir ki, sanksiyalar "Hizbullah" dəstəkləyən hökumət qurumlarına, fiziki şəxslərə, habelə narkotrafiklərə və digər transsərhəd cinayətlərə cəlb edilmiş şəbəkələrə qarşı tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi