Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır

Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır İdxal məhsullarına tətbiq edilən Amerika rüsumları Birləşmiş Ştatlara gündəlik 2 milyard dollar qazandırır.
Digər ölkələr
9 aprel 2025 03:21
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır

İdxal məhsullarına tətbiq edilən Amerika rüsumları Birləşmiş Ştatlara gündəlik 2 milyard dollar qazandırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı bildirib.

“Və eşitdiyiniz rüsumlar haqqında bilmək istəyənlər üçün: biz gündə təxminən 2 milyard dollar rüsumlardan əldə edirik, gündə 2 milyard dollar və bizdə hər şey çox yaxşıdır”, – o vurğulayıb.

Prezident deyib ki, Vaşinqton öz məhsullarını ABŞ-yə ixrac etmək istəyən 70-dən çox dövlətlə danışıqlar aparır.

“Bizim problemimiz ondadır ki, biz bu qədər ölkəni tez qəbul edə bilmirik, amma buna ehtiyacımız da yoxdur, çünki bildiyiniz kimi, rüsumlar işləyir və pul ölkəyə heç vaxt görmədiyimiz səviyyədə axır və bu bizim üçün əla olacaq”, – o əlavə edib.

“İndi Yaponiya buraya sövdələşmə bağlamaq üçün gəlir. Cənubi Koreya sövdələşmə bağlamaq üçün buraya uçur və digər dövlətlər də buraya uçur”, – Tramp vurğulayıb və əlavə edib ki, bir çox ölkələr Vaşinqtonla ticarət razılaşmaları bağlamaq istəyir.

Son xəbərlər

Orphus sistemi