Tramp G7 ölkələri liderlərinin birgə bəyanat qəbul edəcəyinə ümid edir

Tramp G7 ölkələri liderlərinin birgə bəyanat qəbul edəcəyinə ümid edir Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp G7 ölkələri liderlərinin danışıqların nəticələrinə dair birgə bəyanat qəbul edəcəklərinə ümidini ifadə edib.
Digər ölkələr
9 İyun , 2018 03:41
Tramp G7 ölkələri liderlərinin birgə bəyanat qəbul edəcəyinə ümid edir
Foto: "AP"

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp G7 ölkələri liderlərinin danışıqların nəticələrinə dair birgə bəyanat qəbul edəcəklərinə ümidini ifadə edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Düşünürəm ki, birgə bəyanatımız olacaq", - deyə Tramp bildirib.

Qeyd edilir ki, o, bu bəyanatı Kanadanın baş naziri Castin Tryudo ilə iki görüşündən sonra verib. Onun sözlərinə görə, görüşdə Rusiya mövzusu (Bu ölkənin "Böyük yeddilər"ə qoşulması -red) müzakirə edilməyib. 

Son xəbərlər

Orphus sistemi