Bakı. 10 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad edib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verib.
Ağ Evin mətbuat katibi Şon Spayser "CBS News"un canlı efirində Kominin vəzifəsindən azad edildiyini təsdiqləyib. "Bu gün prezident Donald Tramp FTB-nin direktoru Ceyms Komini onun səlahiyyətlərinə xitam verilməsi barədə məlumatlandırdı və o, vəzifəsindən azad edildi" – deyə Şon Spayserin açıqlamasında bildirilir.
"The Wall Street Journal" nəşrinin xəbərinə görə, Kominin vəzifəsindən azad edilməsi ABŞ-ın baş prokuroru Ceff Seşnsin tövsiyəsi ilə baş verib.