Tramp fevralın 5-də ABŞ-KXDR sammitinin vaxtını açıqlaya bilər

Tramp fevralın 5-də ABŞ-KXDR sammitinin vaxtını açıqlaya bilər Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp fevralın 5-də Konqresdə Ölkənin vəziyyəti barədə illik çıxışı zamanı ikinci ABŞ-KXDR sammitinin yeri və vaxtını açıqlaya biləcəyini istisna etmir.
Digər ölkələr
2375
1 Fevral , 2019 07:52
Tramp fevralın 5-də ABŞ-KXDR sammitinin vaxtını açıqlaya bilər

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp fevralın 5-də Konqresdə "Ölkənin vəziyyəti barədə" illik çıxışı zamanı ikinci ABŞ-KXDR sammitinin yeri və vaxtını açıqlaya biləcəyini istisna etmir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Amerika lideri cümə axşamı Ağ evdə Çinin Dövlət Şurasının baş nazir müavini Lü Heni qəbul edən zaman deyib.

Bildirilir ki, Lü ABŞ prezidentinə Çin sədri Si Szinpinin məktubunu gətirib.

Tramp görüşün tarixinin nə zaman açıqlanacağı ilə bağlı suala belə cavab verib:

"Ehtimal ki, gələn həftənin əvvəlində. Ola bilsin ki, "Ölkənin vəziyyəti barədə" çıxışımda".

Son xəbərlər

Orphus sistemi