Tramp Ərdoğanla NATO sammitində görüşəcək

Tramp Ərdoğanla NATO sammitində görüşəcək Bakı. 27 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla NATO-nun Brüsseldə, iyulun 11-12-də keçiriləcək sammitində görüşəcək.
Digər ölkələr
27 İyun , 2018 02:45
Tramp Ərdoğanla NATO sammitində görüşəcək

Bakı. 27 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla NATO-nun Brüsseldə, iyulun 11-12-də keçiriləcək sammitində görüşəcək.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, bu məsələ dövlət başçıları arasında telefon danışığında da müzakirə edilib. "Onlar (dövlət başçıları-red) NATO-nun iyulun 11-12-də, Brüsseldə keçiriləcək sammitindəki görüşü səbirsizliklə gösləyirlər", - deyə mətbuat xidmətindən bildirilib.

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell Amerika Senatındakı dinləmələrdə bildirib ki, Birləşmiş Ştatlar Ərdoğan hökuməti ilə işləməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi