Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır

Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcə vəsaitlərini demək olar, yarıya qədər azaltmağı planlaşdırır.
Digər ölkələr
15 aprel 2025 02:38
Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcə vəsaitlərini demək olar, yarıya qədər azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” Departamentin daxili sənədinə istinadən yazıb. Bu, BMT və NATO üçün vəsaitlərə də təsir edəcək.

Nəşr qeyd edir ki, keçən həftə açıqlanan daxili memorandumda Tramp administrasiyası Dövlət Departamentinin və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsinin təxminən yarıya qədər azaldılmasını, humanitar yardım, qlobal səhiyyə və beynəlxalq təşkilatların ciddi ixtisarlarını təklif edib.

Məlumata görə, Ağ Ev Dövlət Departamenti və USAİD-in fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir ki, bu da Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48 % azdır.

Eyni zamanda, beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmi daha böyük ölçüdə - demək olar, 90 faiz azalacaq. Sülhməramlı əməliyyatların, BMT, NATO və 20 digər beynəlxalq qurumun maliyyələşdirilməsi dayandırılacaq - o, yalnız bir neçə təşkilat, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Beynəlxalq Mülki Aviasiya Təşkilatı üçün saxlanılacaq.

Bundan əlavə, büdcədə ayrı-ayrı müttəfiqlərin, o cümlədən İsrail və Misirin silahlı qüvvələrinin inkişafı üçün 5,1 milyard dollar həcmində ənənəvi qrantlar saxlanılacaq.

Nəşr vurğulayıb ki, təklif olunan ixtisarların Respublikaçılar Partiyasının hər iki palatada çoxluğa malik olduğu Konqres tərəfindən təsdiq edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən qalır.

“Washington Post” həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio departamentin xərclərini azaltmaq üçün öz planını hazırlayır. Qəzetin mənbələrinə görə, o, Dövlət Departamentinin on minlərlən əməkdaşının işdən çıxarılmasını, həmçinin bir neçə konsulluğun, diplomatik departamentin bəzi şöbə və proqramlarının və digər obyektlərin bağlanmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi