Donald Tramp Con Reymondu ABŞ-ın Kosmik Qüvvələr komandanı təyin edib

Donald Tramp Con Reymondu ABŞ-ın Kosmik Qüvvələr komandanı təyin edib ABŞ prezidenti Donald Tramp general Con Reymondu Birləşmiş Ştatların Kosmik Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.
Digər ölkələr
26 Mart , 2019 23:43
Donald Tramp Con Reymondu ABŞ-ın Kosmik Qüvvələr komandanı təyin edib

ABŞ prezidenti Donald Tramp general Con Reymondu Birləşmiş Ştatların Kosmik Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Hantsvilledə (Alabama ştatı) Milli Kosmik Şuranın beşinci iclasında bildirib.

Qeyd edilir ki, onun çıxışını NASA translyasiya edib.

"Mən sizin hamınızı ABŞ prezidentinin bu gün Kosmik Qüvvələrin komandanlığının başçısının namizədliyini elan etməs barədə məlumatlandırıram. Hərbi Hava Qüvvələrinin generalı Con Reymond Birləşmiş Ştatların Kosmik Qüvvələri komandanlığına başçılıq edəcək", - deyə Pens bildirib.

Son xəbərlər

Orphus sistemi