Tramp Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib - FOTO

Tramp Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib - FOTO Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların keçmiş katibi Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib.
Digər ölkələr
14 Sentyabr , 2018 06:25

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların keçmiş katibi Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib.

"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Con Kerri qatı düşmən İran rejimi ilə qanunsuz görüşlər keçirirdi. Amerika xalqına zərər bizim böyük işləri poza bilər. Kerri onlara hakimiyyətdə Tramp administrasiyasının qalmasını gözləməyi tapşırdı" – deyə o, özünün "Twitter"ində yazıb.

Ağ Ev rəhbəri qeyd edib ki, Kerrinin bu görüşləri qanunla qeydiyyata alınmayıb.

Daha əvvəl ABŞ-ın sabiq dövlət katibi Con Kerri demokratların Trampı impiçment etmək istəyini səhv addım adlandırıb.

Son xəbərlər

Orphus sistemi