Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib

Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib Bakı. 2 mart. REPORT.AZ/ Amerika lideri Donald Tramp Twitterdə Birləşmiş Ştatlardan ixrac edilən kənd təsərrüfatı məhsullarına qarşı tətbiq olunmuş rüsumları dərhal aradan qaldırmaq xahişi ilə çinli tərəfdaşlarına müraciət etdiyini yazıb.
Digər ölkələr
2 Mart , 2019 05:25
Tramp Çindən ABŞ məhsullarına qoyulan rüsumları dərhal ləğv etməyi istəyib

Bakı. 2 mart. REPORT.AZ/ Amerika lideri Donald Tramp "Twitter"də Birləşmiş Ştatlardan ixrac edilən kənd təsərrüfatı məhsullarına qarşı tətbiq olunmuş rüsumları dərhal aradan qaldırmaq xahişi ilə çinli tərəfdaşlarına müraciət etdiyini yazıb.

“Report” xəbər verir ki, bununla belə, o qeyd edib ki, tərəflərin ticarət danışıqları uğurla gedir.

"Mən Çindən bizim kənd təsərrüfatı məhsullarımıza tətbiq olunmuş rüsumların dərhal aradan qaldırılmasını xahiş etdim…çünki ticarət danışıqları pis getmir", — deyə Tramp yazıb.

Eyni zamanda, prezident qeyd edib ki, öz növbəsində fevralın sonu verdiyi vədə sadiq qalaraq, martın 1-də Çin məhsullarına qoyulan rüsumu 25 faizədək qaldırmayıb.

Son xəbərlər

Orphus sistemi